Gənc müğənnidən yeni mahnı - “Mənim olasan”

genc-mugenniden-yeni-mahni
Oxunma sayı: 2340

Gənc müğənni Fərhad Əkbərov yeni sevgi mahnısını təqdim edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, mahnı “Mənim olasan” adlanır. Sözləri və musiqisi Maya Heydərqızına aid olan mahnını Vahid Kərimov aranjeman edib.

Müğənni mahnının dinləyicilər, xüsusilə evlənən cütlüklər tərəfindən maraqla qarşılandığını deyib.

Qeyd edək ki, Fərhad Əkbərov Azəristar mahnı müsabiqəsinin finalçılarındandır.