Gəncədə itkin düşən 37 yaşlı kişi tapıldı - Yenilənib

gencede-itkin-dusen-37-yasli-kisi-tapildi
Oxunma sayı: 3636

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Həsənov Osman Vahid oğlu itkin düşüb. 

Bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat verib.

İlkin məlumata görə, adıçəkilən şəxs Beyləqan rayonundan Gəncəyə gedərkən Nizami Məqbərə Kompleksi yaxınlığında “Vito” markalı mikroavtobusdan düşüb və ondan xəbər alınmayıb.

Yaxınlarının sözlərinə görə, dünən bir müddət telefonuna zəng çatsa da, sonradan əlaqə yaratmaq mümkün olmayıb. Həsənovun üzərində cinsi şalvar, boz köynək, başında kepka olub.

Onu görənlərdən 055 764 90 51 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

***

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Həsənov Osman Vahid oğlunun yeri müəyyən edilib.

Yunis Quliyev