Gəncədə 18 yaşlı gənc bıçaqlandı

gencede-18-yasli-genc-bicaqlandi
Oxunma sayı: 1052

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 2007-ci il təvəllüdlü Rüfət Xəlilov yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ona ilkin yardım göstərilib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

Yunis Quliyev