Gəncədə ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Belə ki, “Hundai” və “Chevrolet” markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, qəza zamanı avtomobillərdən biri yol kənarındakı bir neçə piyadanı vurub.
Beləliklə qəza nəticəsində ümumilikdə 8 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***
Qəza nəticəsində 1996-cı il təvəllüdlü M. Məmmədzadə, 1968-ci il təvəllüdlü R. Həsənova, 1994-cü il təvəllüdlü R. Həsənov, 1989-cu il təvəllüdlü G. Qurbanova, 1968-ci il təvəllüdlü S. Əsgərova, 2006-cı il təvəllüdlü X. Əliyeva, 1979-cu il təvəllüdlü P. Zeynalova və 1958-ci il təvəllüdlü R. Abbasova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yunis Quliyev

Son xəbərlər
Son Xəbərlər