Gəncədə tikinti konstruksiyasının yaxınlığında quraşdırılan dəmir konstruksiyasının aşması nəticəsində biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.
Binaların üzlüyü yenilənməsi zamanı qurulan dəmir kosntruksiya aşıb.
Araşdırma başlanılıb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14:20 radələrində biri azyaşlı olmaqla 2 nəfər (1 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Müxtəlif növ yüngül bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər