Ferdi Atuner vəfat etdi

ferdi-atuner-vefat-etdi
Oxunma sayı: 916

Türkiyənin tanınmış aktyoru Ferdi Atuner 82 yaşında dünyasını dəyişib. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir səhhətində problemlər səbəbilə müalicə alan aktyor İstanbuldakı evində vəfat edib.

Qeyd edək ki, Ferdi Atuner 1944-cü ildə anadan olub. İlk televiziya təcrübəsini “Sekiz Sütuna Manşet” serialında qazanıb. O, “Çocuklar duymasın”, “Reyting Hamdi”, “En son babalar duyar”, “Ayrılsak da, beraberiz”, “Çılgın Bediş”, “Küçük ağa”, “Patron duymasın”, “Çarıklı milyoner” və “İki arada aşk” kimi bir çox layihələrdə rol alıb.