Qəzaya düşən sürücü belə xilas edildi - Video

qezaya-dusen-surucu-bele-xilas-edildi
Oxunma sayı: 613

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, “Shacman” markalı iki yük avtomobilinin toqquşması nəticəsində sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 1983-cü il təvəllüdlü sürücü - İmanov Xaləddin Sədrəddin oğlunu xilas ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.