Gəncədə kuryer qəzaya düşdü - Foto

gencede-kuryer-qezaya-dusdu
Oxunma sayı: 1098

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Minik maşını mopedlə kuryerlik edən 19 yaşlı Kənan Hüseynovu vurub.

Xəstəxanaya aparılan şəxsin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev