Gəncədə mikroavtobus minik maşını ilə toqquşdu - Xəsarət alanlar var

gencede-mikroavtobus-minik-masini-ile-toqqusdu
Oxunma sayı: 1431

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində olub.

Belə ki, 1 saylı mikroavrobus minik maşını ilə toqquşub.

Qəza nəticəsində 42 yaşlı Tamilə Orucova və Zahirə Bayramova müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onların müalicəsi davam edir.