Ulu Öndər Gəncədə də yad olundu - Fotolar

ulu-onder-gencede-de-yad-olundu
Oxunma sayı: 444

Ümummill Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. Bununla əlaqədar olaraq, Ulu Öndərin Gəncənin mərkəzi meydanında ucaldılan abidəsi ziyarət olunub.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, universitet rektorları Ümummilli Liderin abidəsi önünə tər çiçəklər düzüb, onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin abidəsi idarə, müəssisə və təşkilat kollektivləri həmçinin sakinlər tərəfindən gün ərzində ziyarət olunacaq.