Gəncədə fərdi yaşayış evlərinin birində yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin “Totanlı” adlanan ərazisində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən texnika və canlı qüvvə cəlb edilib. Alovun qarşısının alınması istiqamətində iş aparılır.
***
Gəncədə Fəridə Əliyarbəyli küçəsi 41 ünvanında yerləşən Tahirə Cəfərovaya məxsus fərdi yaşayış evində baş verən yanğın söndürülüb.
Yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən avtomobil və 30-a yaxın canlı qüvvə cəlb olunub. Hadisə zamanı ikiotaqlı yaşayış evi əşyalarla birlikdə tamamilə yanaraq külə dönüb.
İlkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanma nəticəsində baş verib.
Yunis Quliyev



Son xəbərlər
Son Xəbərlər