Gəncənin Heydər Əliyev Meydanındakı fəvvarələr yenidən quruldu - Video

gencenin-heyder-eliyev-meydanindaki-fevvareler-yeniden-quruldu
Oxunma sayı: 1422

Gəncədə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində şəhər ərazisində olan və müasir tələblərə cavab verməyən fəvvarələr təmir olunub.

“Qafqazinfo” xəbər verir ki, Gəncənin Heydər Əliyev Meydanında olan iki böyük fəvvarə, sökülərək, müasir standartlara uyğun şəkildə fərqli görünüşdə yenidən inşa edilib. 

Qeyd edək ki,  Heydər Əliyev Meydanında olan iki böyük fəvvarə ilə yanaşı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan daha 4 fəvvarədə yenidənqurma işləri həyata keçirilib. Belə ki, “Xan bağı”nda olan 2 fəvvarə yenidən qurulub. Şəhərin Cavad xan küçəsində olan 2 fəvvarə isə əsaslı şəkildə təmir olunub.