Gənclər Liqasında “Qarabağ”ın oyununu idarə edəcək hakimlər müəyyənləşdi

gencler-liqasinda-qarabagin-oyununu-idare-edecek-hakimler-mueyyenlesdi
Oxunma sayı: 654

UEFA Gənclər Liqasında oynanılacaq “Benfika” - “Qarabağ”matçının hakimləri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanı Şimali İrlandiyadan olan Ceymi Robinson idarə edəcək.

Ona Adam Ceffri və Brayan Uilson kömək göstərəcək. Dördüncü hakim funksiyasını portuqaliyalı Dioqu Roza yerinə yetirəcək. 

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək “Benfika” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.