General Hikmət Mirzəyev qazilərlə bir araya gəldi - Video

General Hikmət Mirzəyev qazilərlə bir araya gəldi
Oxunma sayı: 7107

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar Xüsüsi Təyinatlı Qüvvələrdə anım mərasimi və veteranlarla görüş keçirilib.

Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, mərasimdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olanların əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, ehsan süfrəsi açılıb. Anım mərasimində Xüsüsi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev, veteranlar və qazilər iştirak edib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.

Bu gün keçirilən anım tədbirləri ilə yanaşı Xüsusi Təyinatlı Qüvvələr döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Hazırda da bir çox təlimlər icra edilməkdədir.