Göndərişlər ən çox bu xəstəliklərə görə verilib

gonderisler-en-cox-bu-xesteliklere-gore-verilib
Oxunma sayı: 957

Son 3 ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə daxil olan göndərişlərin aid olduğu xəstəliklər məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, daxil olan göndərişlərin 55-56%-i bədxassəli şişlər, sinir sistemi xəstəlikləri, psixiatriya xəstəlikləri üzrə olub.

R.Rzayev əlavə edib ki, əlilliyi olan şəxslər üçün yoqa terapiyasına başlanılan dövrdən bu yana 10 mindən çox şəxsə yoqa xidməti göstərilib. Onun sözlərinə görə, 2025-ci ildə ümumilikdə 1156 yoqa xidməti göstərilib.

Gülnar Əliyeva