“Goodbye, Mr. Carl Bildt, Goodbye!”

goodbye-mr-carl-bildt-goodbye
Oxunma sayı: 2172


Beləliklə, 8 ildir hakimiyyətdə olan, sağ blokda yer alan Mötədillər Partiyası seçicilərin cəmi 23,2 faizinin səsini toplamaqla seçkiləri uduzub. Solçular 160 deputat mandatına sahib olub və müxalifət parlamentdə 141 yer qazanıblar. 

“The Wall Street Journal” qəzetinin yazdığına görə, İsveçdə hökumət dəyişikliyi Avropa siyasi arenasında kifayət qədər tanınan iki siyasətçinin də postundan getməsi ilə nəticələnəcək. Onlardan biri maliyyə naziri Anders Borq, digəri isə xarici işlər naziri Karl Bildtdir. 

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitter hesabında XİN rəhbərinin gedişinə özünəməxsus reaksiya verərək “Goodbye, Mr. Carl Bildt, Goodbye!” sözləri ilə nazirlə “sağollaşıb”. 

Xatırladaq ki, dünən də N.Məmmədov  “Aftonbladet” qəzetinin İsveçin xarici işlər naziri Karl Bildti korrupsiyada və Saakaşvili hökumətinə lobbiçilikdə ittiham edən sensassion xəbərini “Biz Karl Bildtin keçmiş “xüsusi əlaqələri” və ambisiyaları barədə bilirdik. Buna görə də deyirdik, baxın görün kim bizim haqqımızda fikir formalaşdırır” şərhi ilə hesabında paylaşmışdı.  

Qeyd edək ki, Karl Bildt Azərbaycan hökumətinin ünvanına dəfələrlə sərt bəyanatlar səsləndirib, ölkəni avtoritar rejimlə idarə etməkdə ittiham edib.