Goranboyda 21 yaşlı qız özünü körpüdən belə atdı - Video

goranboyda-21-yasli-qiz-ozunu-korpuden-bele-atdi
Oxunma sayı: 12201

Goranboy rayonunda 21 yaşlı qız intihara cəhd edib.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə Dəliməmmədli şəhəri ərazisində baş verib.

Goranboyun Ağamalıoğlu kənd sakini, 1997-ci il təvəllüdlü Kazımova Sevinc Xaliq qızı Bakı-Qazax magistralı üzərində yerləşən körpüdən özünü atıb.

Ayağından sınıq xəsarətləri alan S. Kazımova Gəncə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəmində baş verib.