Goranboyda qadın güllələndi

goranboyda-qadin-gullelendi
Oxunma sayı: 3346

Goranboyda qadın qətlə yetirilib.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Goran qəsəbəsi ərazisində qeydə alınıb. Həmin ərazidə güllə yarası alan Gülbuta İmanova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli