Goranboyda Zəfər Günü ilə bağlı bayram tədbiri keçirildi - Fotolar

goranboyda-zefer-gunu-ile-bagli-bayram-tedbiri-kecirildi
Oxunma sayı: 2199

Goranboyda 8 Noyabr - Zəfər Günü ilə bağlı bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir rayonun Goran qəsəbəsində yerləşən “Şahin” şadlıq sarayında baş tutub.

RİH-nin təskilatçılığı ilə təşkil olunan bayram tədbirində rayonun icra başçısı Məhərrəm Quliyev, digər rəhbər şəxslər, şəhid ailələri  və qazilər iştirak ediblər.

Tədbirdə çıxış edən Məhərrəm Quliyev qeyd edib ki, işğal altındakı ərazilərimizin azad edilməsi və suverenliyimizin təmin olunması uğrunda həyata  keçirilən və dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi, 2022-ci il sentyabr və 2023-cü il sentyabr antiterror əməliyyatları tariximizin ən parlaq səhifələridir.

İcra başçısı yeni şanlı tarixin haqq və ədalət nümunəsi olduğunu vurğulayaraq, möhtəşəm zəfər tarixini xalqımıza yaşatdığı üçün Ali Baş Komandana və  Azərbaycan Ordusuna dərin minnətdarlığını bildirib.

Tədbirdə Gəncə Dövlət Filarmoniyasının solistlərinin və yerli özfəaliyyət kollektivlərinin təqdimatında bayram konserti olub.