“Görüşün nəticələri yaxşı olacaq, çox gözləmək lazım gəlməyəcək” - Prezident

“Görüşün nəticələri yaxşı olacaq, çox gözləmək lazım gəlməyəcək”
Oxunma sayı: 5571

“Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateji tərəfdaşdan da artıqdır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Soçidə keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatından səsləndirib.

O qeyd edib ki, Azərbaycanla Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən, ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır:

“Düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq”.