Göygöldə “Niva” aşdı - Ölən var+Yenilənib

goygolde-niva-asdi
Oxunma sayı: 1117

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Toğanalı kəndində idarəetməni itirən “Niva” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində bir nəfər həyatını itirib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları və polis cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

***

Hadisə rayonun Toğanalı-Kəlbəcər magistral yolunda baş verib.

İlkin məlumata görə, sərnişin Kaplanov Vəhəddin Fikrət oğlu hadisə yerində ölüb.

Maşında olan daha üç nəfər Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralıların Gəncə şəhərindəki, tibb müəssisələrindən birinə yerləşdirilməsi gözlənilir.

Yunis Quliyev