Güclü külək əsəcək - Xəbərdarlıq

guclu-kulek-esecek
Oxunma sayı: 5719

Bakıda və Abşeron yarımadasında yanvarın 22-si səhərdən 23-ü səhərədək cənub küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın rayonlarında yanvarın 22-si səhərdən 23-ü səhərədək bəzi rayonlarda qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.