Güclü qar Tehran aeroportunun işini iflic etdi

guclu-qar-tehran-aeroportunun-isini-iflic-etdi
Oxunma sayı: 1715

İranın Tehran şəhərində yerləşən “Mehrabad” aeroportundan həyata keçirilən bütün aviareyslər təxirə salınıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TASS” hava limanının mətbuat xidmətinə istinadən xəbər verib.

Buna səbəb şəhərdə hökm sürən qarlı hava şəraiti olub.

Bundan əlavə, hava şəraiti avtomobil yollarında da situasiyanın pisləşməsinə gətirib çıxarıb. Paytaxt rəhbərliyi məktəblərdə dərsləri dayandırıb.