“Gülüstan” sarayında dövlət ziyafəti verildi - Yenilənib+Foto

gulustan-sarayinda-dovlet-ziyafeti-verildi
Oxunma sayı: 2430

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Ziyafətdə Azərbaycanın və Qırğızıstanın musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.