Gümrüdə erməni sərhədçi yoxa çıxıb

gumrude-ermeni-serhedci-yoxa-cixib
Oxunma sayı: 951


“Qafqazinfo” Ermənistan KİV-nə istiandən xəbər verir ki, əməkdaşlarının yoxa çıxması faktını Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsi də təsdiqləyib. 26 yaşlı Artur Afyandan fevralın 21-dən bəri xəbər alınmadığı qeyd edilir. 

Hazırda Sərhəd İdarəsi Ermənistan polisi ilə birgə axtarış aparır. Yoxa çıxan Afyanın həyat yoldaşının sözlərinə görə, Artur onunla telefonda vidalaşıb və bir daha qayıtmayacağını deyib. Arturun çoxlu borcu olduğu üçün belə bir addım atdığı bildirilir.