Günay sevgilisini bıçaqladığını etiraf etdi

gunay-sevgilisini-bicaqladigini-etiraf-etdi
Oxunma sayı: 5275

Model Günay Musayeva keçmiş sevgilisi Taha Tatlıcını bıçaqladığını açıqlayıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hakim qarşısına çıxan Günay sərxoş olduğu üçün belə addım atdığını qeyd edib:

“Hadisənin baş verdiyi gün sevgilimlə restoranda yemək yedik, spirtli içki qəbul etdik. Mən də içkinin təsirindən mübahisə zamanı meyvə bıçağı ilə Tahanı yaraladım, sonra barışdıq. Məhkəmənin ədalətli qərar verəcəyinə inanıram”.