“Moskva Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin açılması ilə bağlı demək olar ki gündəlik rejimdə İrəvan və Bakı ilə əlaqə saxlayır”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Rusiya danışıqlarda iştirak edir, həll yolları təklif edir, Azərbaycanla Ermənistanın Baş nazirlərinin müavinləri arasında əlaqəni, dialoq üçün platformanı təmin edir. Mən heç vaxt nəqliyyat əlaqələrinin açılmasının məhz nə zaman, sürətlə və yaxud ləng baş verməsi barədə suala cavab vermirəm”, - deyə Overçuk qeyd edib.
Son xəbərlər
Son Xəbərlər