Gürcüstan Prezidenti Saakaşvilini əfv edə bilər

gurcustan-prezidenti-saakasvilini-efv-ede-biler
Oxunma sayı: 4638

Gürcüstan Prezidenti Salome Zurabişvili respublikanın keçmiş rəhbəri Mixail Saakaşvilini əfv edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin hakim "Gürcü Arzusu Partiyası"nın sədri İrakli Kobaxidze “RİA Novosti”yə bildirib.

“Ölkənin hazırkı prezidenti bütün qırmızı xətləri keçir. Salome Zurabişvili bizi heç nə ilə təəccübləndirmir. Təbii ki, Saakaşvilinin əfv edilməsi gürcü xalqına qarşı növbəti xəyanət olacaq”, - Kobaxidze qeyd edib.

Xatırladaq ki, M. Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb. Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.