Gürcüstan və Ermənistanda koronavirusla bağlı son vəziyyət

Gürcüstan və Ermənistanda koronavirusla bağlı son vəziyyət
Oxunma sayı: 1460

Gürcüstanda koronavirusa yoluxanların sayı daha 26 nəfər artaraq 783-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Xəstəlik səbəbindən 12 nəfər həyatını itirib, 605 nəfər isə sağalaraq evinə buraxılıb. 2494 nəfər yoluxma şübhəsi ilə karantinə alınıb, 301 nəfər tibbi müşahidə altında saxlanılır.

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 355 nəfər artaraq 9282-yə çatıb.

Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 4 nəfər artaraq 131-ə çatıb. Ümumilikdə 3386 pasiyent müalicə olunaraq sağalıb, 5435  xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi