Gürcüstanda daha 1 nəfər koronavirusdan öldü

Gürcüstanda daha 1 nəfər koronavirusdan öldü
Oxunma sayı: 882

Gürcüstanda daha 1 koronaviruslu xəstə dünyasını dəyişib. Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı üçə çatıb. “Qafqazinfo” Gürcüstan KİV-nə istinadən bildirir ki, bu barədə Tbilisi İnfeksiya Xəstəxanasının direktoru Tengiz Tsertsvadze məlumat verib.

Bu dəfə infeksiyanın qurbanı 86 yaşlı qadın olub.

“O, epidemiyanın əvvəlindən indiyədək ən ağır vəziyyətdə olan pasiyent idi. Onda ağır nevroloji xəstəlik, ağır ikitərəfli pnevmoniya, ağır sepsis var idi. O, iki həftədir reanimasiyada idi, həkimlər hər şey və daha çoxunu etmişdi, amma bu pasiyenti xilas etmək mümkün olmadı”, - Tsertsvadze deyib.

Qeyd edək ki, indiyədək Gürcüstanda 200-ə yaxın insan koronavirusa yoluxub. Hökumət aprelin 21-nə qədər ölkədə fövqəladə vəziyyət elan edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi