Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadılmayacaq

gurcustanda-fovqelade-veziyyetin-muddeti-uzadilmayacaq
Oxunma sayı: 1838

Gürcüstanda fövqəladə vəziyyət rejiminin vaxtı uzadılmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Nazir Giorgi Qaxariya bildirib:

“Epidemioloji vəziyyəti dərindən təhlil etdikdən sonra Gürcüstan hökuməti ölkədə mayın 22-dən sonra fövqəladə vəziyyət rejimininin uzadılması məqsədi ilə prezident və parlamentə müraciət etməmək qərarına gəldi”.

Qeyd edək ki, Gürcüstanda martın 21-də elan edilən fövqəladə vəziyyət rejimi sonuncu dəfə mayın 22-dək uzadılmışdı.