Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

gurcustanda-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 2504

Gürcüstanda koronavirusa yoluxanların sayı 155-ə çatıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə xəstəliyin monitorinqi üzrə xüsusi saytda məlumat verilib.

“Təsdiqlənmiş yoluxma halı – 155, onlardan 28-i sağalıb, 5526 nəfər karantin rejimindədir, 344 nəzarət altındadır”, - saytda yazılıb.

Virusa yoluxanların arasında uşaqlar, hamilə qadın, Milli Qvardiyanın Vətəndaş Ofisinin əməkdaşları, tibb işçiləri, Gürcüstan Milli Bankının əməkdaşları və təcili yardım həkimi var.