Gürcüstanda ölənlərin sayı 11-ə çatdı - Video - Yenilənib

gurcustanda-olenlerin-sayi-11-e-catdi
Oxunma sayı: 6398

Bu gün səhər saatlarında Gürcüstanın qərbində torpaq sürüşməsi baş verən Şovi kurort bölgəsində sakinlərin təxliyəsi bərpa edilib. 

“Qafqazinfo” “Rustavi-2” telekanalına istinadən xəbər verir ki, helikopterlərlə 140 nəfər ərazidən təxliyə edilib. Onlar arasında uşaqların da olduğu bildirilir. 

İndiyə qədər helikopterlərlə insanların təxliyəsi ilə bağlı 9 reys həyata keçirilib. İtkin düşən 50 nəfərdən 6-sı tapılıb.

Xatırladaq ki, Şovidə avqustun 3-ü günorta saatlarında baş verən torpaq sürüşməsi nəticəsində 2 nəfər həlak olub. Hadisə zamanı körpülər üçüb və yollara ziyan dəyib.

***

Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, torpaq sürüşməsi zonasında daha 4 nəfərin cəsədi aşkar edilib. Bununla da, hadisə nəticəsində həlak olanların sayı 6 nəfərə çatıb. 

***

Şovidə həlak olanların sayı 7 nəfərə yüksəlib.

***

Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvilinin sözlərinə görə, Şovidə həlak olanların sayı 11 nəfərə çatıb.