Gürcüstanda yoluxma sayında yeni rekord

gurcustanda-yoluxma-sayinda-yeni-rekord
Oxunma sayı: 2639

Gürcüstanda son 24 saat ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.

“Qafqazinfo”nun məlumatına görə, daha 1 595 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 22 min 803-ə çatıb.

Sutka ərzində daha 6 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 178-ə çatıb.

Ümumilikdə sağalanların sayı isə 9 min 401 nəfərdir.

Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.