Gürcüstanın XİN rəhbəri koronavirusa yoluxdu

gurcustanin-xin-rehberi-koronavirusa-yoluxdu
Oxunma sayı: 659

Gürcüstanın xarici işlər naziri David Zalkaliani koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə gürcü nazir “Facebook” səhifəsində yazıb.

“Yanvarın 23-də yoluxmuş şəxslə təmasdan sonra özünütəcrid rejiminə keçmişdim. PCR testi verdim və məndə COVİD təsdiqləndi”, - deyə Zalkaliani bildirib.

Onun sözlərinə görə, xəstəliyi yüngül keçirir və ev şəraitində müalicə olunacaq.