Hacı Əliyev dünya çempionu oldu - Rekord göstərici + Video

haci-eliyev-dunya-cempionu-oldu
Oxunma sayı: 3865

Fransanın paytaxtı Parisdəki dünya çempionatında bu gün sərbəst güləşçilərin mübarizəsi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 61 kq çəkidə mübarizə aparan Hacı Əliyev ölkəmizə qızıl medal qazandırıb.

İkiqat dünya çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev ardıcıl olaraq bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və 3-cü dəfə dünya çempionluğunu qazanıb.

Finala qədər o, Qırğızıstan, Yaponiya, Slovakiya və Kuba güləşçilərini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə isə rusiyalı Hacımurad Rəşidovdan üstün olub.

FİNAL. Hacımurad Rəşidov (Rusiya) - Hacı Əliyev  - 1:7

1/2 final. Hacı Əliyev - Yovlis Bonne Rodrigez (Kuba) - 10:0

1/4 final. Hacı Əliyev - Mikola Bolotnjuk (Slovakiya) - 10:0

1/8 final. Rinya Nakamura (Yaponiya) - Hacı Əliyev - 1:10

1/16 final. Alibek Osmonov (Qırğızıstan) - Hacı Əliyev - 0:8