“Hacı Mazan”ın obyektində faciə - Ölən var

haci-mazanin-obyektinde-facie
Oxunma sayı: 1813

Masallının Yeddi Oymaq kəndindəki asfalt zavodunda ölüm hadisəsi baş verib.

"Qafqazinfo" Report-a istinadən xəbər verir ki,  "Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalova məxsus zavodda elektrik vəzifəsində işləyən Yardımlı rayon sakini 1958-ci il təvəllüdlü Əfsər Hüseynov yüksəklikdə işləyən zaman halı pisləşib və bunkerə yıxılıb. Ağır bədən xəsarətləri alan Ə.Hüseynov xəstənaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.