Hacıbala Abutalıbov da vəzifəsindən azad edildi

Hacıbala Abutalıbov da vəzifəsindən azad edildi
Oxunma sayı: 10717

Prezident İlham Əliyev Baş Nazirin daha bir müavinini işdən çıxarıb.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Baş Nazirin müavini Hacıbala Abutalıbov işdən azad edilib.

Xatırladaq ki, H, Abutalıbov 2001-ci ildə Bakı Şəhər İcra başçısı təyin olunmuşdu. 2018-ci ildə isə vəzifəsindən azad edilərək Baş Nazirin müavini təyin edilmişdi.

Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən iqtisadi müşavirədə hökumətdə ciddi islahatların aparılacağı ilə bağlı anonslar verilmişdi. Ölkə başçısı iqtidarda olan bəzilərinin islahatlara qarşı çıxdığını və həmin şəxslərin hər vəchlə görülən işlərə əngəl törətmək istədiyini qeyd etmişdi.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi