Hansı yola girməyək? - Fotolar

hansi-yola-girmeyek
Oxunma sayı: 2250

Bakının bir sıra yollarında tıxac yaranıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

Hazırda yollardakı vəziyyət:

1 .Ziya Bünyadov prospekti, metronun “20 Yanvar” stansiyası istiqamətində;

2. Binəqədi şosesi, metronun “Azadlıq Prospekti”, stansiyası istiqamətində;

3. Tbilisi prospekti, mərkəz istiqamətində;

4. Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində;

5. Ak. Həsən Əliyev küçəsi, hər iki istiqamətdə;

6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Zərifə Əliyeva küçəsində;

9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Bül-Bül prospekti, metronun “Sahil” stansiyasının qarşısında;

14. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

15. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

16. Babək prospekti, mərkəz istiqamətində;

17. Mikayıl Müşfiq küçəsi, 20 saylı məktəb istiqamətində;

18. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

19. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;

20. “20 Yanvar” dairəsində;

21. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq müşahidə olunur.