“Hansının Şərif, hansının Ağayar olduğunu sonradan bildim”

hansinin-serif-hansinin-agayar-oldugunu-sonradan-bildim-
Oxunma sayı: 3617


“Qafqazinfo”nun məlumatına görə, Ş. Ağayar məsələ ilə bağlı fikirlərini mövqe.az-la bölüşüb: 

“Mənim Kamran Həsənlinin məni tanıyıb-tanımaması ilə bağlı problemim yoxdur. Sadəcə aparıcı efirə çağırdığı adamı tanımağa borcludur. Onu qeyd etdim... Bu qədər. Amma efiri tərk etmək təkcə verilişə deyil, ANS-ə etiraz olardı. Mən də bunu etmək istəmədim”.

Kamran Həsənlinin buna münasibəti isə belə olub:

“Onlar sosial şəbəkədə kampaniya yaradıblar ki, toylara yox deyək. Biz düzü verilişə çox da populyar insanları çağırmamışdıq. Onlar sadəcə hərəkatın hərəkətvericiləridir, belə deyək... 3 nəfər tanınmamış insan idi. Açığı onları ilk dəfə idi ki, həyatda görürdüm. Adlarını da ilk dəfə idi duyurdum. Qonaqlardan hansının Şərif, hansının Ağayar olduğunu da sonradan bildim. Yenə deyirəm, biz onları verilişə yazar kimi yox, “toylara yox deyək” aksiyasının iştirakçısı kimi çağırmışdıq”.

Sözügedən verilişin görüntülərini bir daha təqdim edirik: