Hava yağmursuz keçəcək

hava-yagmursuz-kececek
Oxunma sayı: 656

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 19-20-də Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nigar Məmmədli