Həbsdə olan ərinə plovun içində narkotik keçirmək istədi - Foto

hebsde-olan-erine-plovun-icinde-narkotik-kecirmek-istedi
Oxunma sayı: 1867

Bakı İstintaq Təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb. 

“Qafqazinfo” xəbər verir ki, Cinayət Məcəlləsinin 234.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Hənifəyev Emin Nizami oğluna arvadı Bakı şəhər sakini Əliyeva Kamalə Kamil qızı tərəfindən sovqat gətirilib. 

Sovqata baxış keçirilən zaman orada olan plastmas qabdakı bişmiş toyuğun dərisinin altında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,271 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.