Həkim-dietoloqların heç vaxt yeməyəcəyi məhsullar

hekim-dietoloqlarin-hec-vaxt-yemeyeceyi-mehsullar
Oxunma sayı: 3306

Ən tanınmış həkim-dietoloqlar heç bir şəraitdə yeməyəcəkləri məhsulları açıqlayıb. Bu barədə “Everyday Health” nəşri yazıb.

“Qafqazinfo” həmin mütəxəssislərin fikirlərini təqdim edir:

Kolbasa, sosiska, bekon

Dietoloq Bonni Taub-Diks deyib ki, heç vaxt emal olunmuş ət yeməyəcək. O, bunun səbəbini belə izah edib:

“Tədqiqatlara əsasən, yüksək miqdarda emal olunmuş ətlə (bekon və kolbasa) zəngin pəhrizlər xərçəng və ya ürək-damar xəstəliklərindən ölüm riskini artıra bilər”.

Şirin kofeli içkilər

“Kofe verilən məkanlarda bu qeyri-adi qarışıq içkilərin tərkibində 400-dək kalori və 15 çay qaşığı şəkər ola bilər!”, - dietoloq Coanna Sakimura deyib.

Amerika Kardiologiya Assosiasiyası gün ərzində kişilər üçün 6 çay qaşığı və ya 100 kaloridən çox, qadınlar üçün isə 9 çay qaşığı və ya 150 kaloridən çox əlavə olunmuş şəkər qəbul etməyi məsləhət görmür.

Şirniyyat

Dietoloq Morin Namkun deyir ki, heç vaxt emal olunmuş un məmulatları yeməyəcək:

“Yararlılıq müddəti məni əsəbiləşməyə məcbur edir, həddindən çox konservant, həddindən çox kimyəvi maddələr, həddindən az dad”, - Namkun deyib.

O, “şirin qəlyanaltılar”ın əvəzinə “əsl” desertlərə üstünlük verir.

Marqarin

Bütün dietoloqlar bildiriblər ki, tərkibində marqarin olan qidadan qaçırlar. O, tərkibindəki pis xolesterin səbəbindən ürək xəstəlikləri riskini yüksəldə bilər.