Helikopter havaya qalxdıqdan neçə dəqiqə sonra qəza baş verib?

helikopter-havaya-qalxdiqdan-nece-deqiqe-sonra-qeza-bas-verib
Oxunma sayı: 6585

“Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli 20136 bort nömrəli helikopteri təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq, “Qaraheybət” təlim meydanı istiqamətinə uçuş edib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev helikopterin qəzaya uğraması ilə əlaqədar bu gün təşkil olunan brifinqdə məlumat verib.

“Helikopter saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb”, - E.Quliyev bildirib.