Helikopter qəzasında yaralanmış hərbçilər dindirilib

Helikopter qəzasında yaralanmış hərbçilər dindirilib
Oxunma sayı: 6342

“Baş Prokurorluq, Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidmətinin peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılmaqla, zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bu gün Baş Prokurorluqda təşkil olunan brifinqdə qurumun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib.

O bildirib ki, iş üzrə müvafiq ekspertizalar təyin olunub, o cümlədən, zəruri sorğular verilib.