Həmkəndlisini maşınla vurub öldürdü

hemkendlisini-masinla-vurub-oldurdu
Oxunma sayı: 1798

Cəlilabad şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza mayın 12-də saat 01 radələrində qeydə alınıb. 

Cəlilabad şəhəri ərazisində Uzuntəpə kənd sakini V.Yusubov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həsən Əlilini vurub. H.Əlili hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.