“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, qəza dekabrın 25-də saat 02 radələrində olub.
Lənkəran rayonunun Girdəni kəndində rayon sakini Seymur Quliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə həmyerliləri Teymur Ağayevi və İmran Qənbərovu vurub.
İ.Qəmbərov hadisə yerində ölüb, T.Ağayev xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər