Həyatda deyil, amma sərvəti durmadan artır

heyatda-deyil-amma-serveti-durmadan-artir
Oxunma sayı: 6617

Dünyaca məşhur insanlar illər əvvəl vəfat etsələr də, onların sərvəti artmaqda davam edir. 

“Qafqazinfo” xəbər verir ki, bu, “Forbes” jurnalının 2023-cü ildə ən çox qazanan vəfat etmiş məşhurların siyahısını açıqlayarkən bəlli olub.

Belə ki, 14 il öncə vəfat edən Maykl Cekson 2019-cu ildən bəri ilk dəfə bu siyahıda lider olub (115 milyon dollar). Onun təkcə “MJ. Müzikl” brodvey hiti son ildə 85 milyon dollar gəlir gətirib.

Siyahıda, həmçinin Elvis Presli (100 milyon), Rey Manzarek (45 milyon), Dr. Syuz (40 milyon), Çarlz M. Şults (30 milyon) və başqaları yer alıblar.