“Heydər Əliyev bu bürokratik mexanizmi sındırdı” - Baş prokuror

heyder-eliyev-bu-burokratik-mexanizmi-sindirdi
Oxunma sayı: 1478

Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 100 illiyi və Hüquq fakültəsinin 95 illik yubileylərinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Heydər Əliyevin universitet və Hüquq fakültəsinin fəaliyyətindəki rolundan danışıb:

“Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə Hüquq fakültəsinin əsas inkişaf istiqamətlərindən biri buraya tələbə kimi daxil olmaqda mövcud maneələrin aradan qaldırılması olub. Heydər Əliyevə qədər Hüquq fakültəsinə daxil olanlar əsasən o dövrdə partiya və digər dövlət orqanlarının vəzifəli şəxslərinin övladları idi. Dahi lider bu bürokratik mexanizmi sındırdı, Hüquq fakültəsini tamamilə xalqın fakültəsinə çevirdi. Əsas məsələlərdən biri də, o dövrdə hüquq təhsili və elmi sahəsində çalışan alimlərin milliləşdirilməsi olub”.