Heydər Əliyev Mərkəzində məzun günü - Fotolar

heyder-eliyev-merkezinde-mezun-gunu
Oxunma sayı: 1781

İyunun 4-də Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu” mərasimi keçirilib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Əvvəlcə Leyla Əliyeva “Mən SABAHAM” adlı sərgi ilə tanış olub. Sərgidə gənclər Leyla Əliyeva ilə öz innovativ ideyalarını bölüşüblər.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, xanım Mehriban Əliyevanın SABAH-ın məzunlarına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, SABAH layihəsi Prezidentin 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən mühüm təşəbbüslərdən biridir.